İnsanlara hürriyət, millətlərə istiqlal!

Bankomatda yaşlı şəxslərə qarşı soyğunçuluq edənlər saxlanılıblar

576 14.03.2023 17:29 Kriminal A A

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində ahıl yaşlı şəxsləri izləyərək onlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Sadiq Şavaqatov və Zahid Kazımov saxlanılıblar. Bu şəxslər bankomatlarda təqaüdlərini nağdlaşdıran zərərçəkənlərin pullarını ələ keçiriblər.

DİN-dən Musavat.com-a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - Bayandur Umudov da tutulub. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə marixuana aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR