İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank işçisi canlı yayımda beş həmkarını güllələdi

704 11.04.2023 15:24 Hadisə A A

ABŞ-da odlu silahdan istifadə etməklə növbəti faciə baş verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kentukki ştatının Luisvil şəhərində bir bank işçisi beş həmkarını güllələyib, ikisi polis olmaqla doqquz nəfəri yaralayıb. Polis onun qətliamı İnstaqramda yayımladığını bildirib.

Məlumata görə, polis tüfənglə silahlanmış şəxsə atəş açıb - o, ölümcül yaralanıb. Atəş açan şəxsin keçən il bankın tam ştatlı işçisi olmuş 25 yaşlı Konnor Störcen olduğu müəyyən edilib. CNN-in məlumatına görə, Störcen işdən çıxarılacağından xəbər tutub.

Hadisəni şərh edən ABŞ prezidenti Co Bayden bir daha silah qanunvericiliyində islahatlara çağırıb. Luisvil şəhərində baş verən atışma ABŞ-da ilin əvvəlindən bəri 146-cı kütləvi qətldir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR