İnsanlara hürriyət, millətlərə istiqlal!

Balidə iki nəfəri maşınla vuran turisti bərk döyüblər

401 16.07.2024 14:55 Dünya A A

İndoneziyanın Bali adasında yerli sakinlər avtomobillə iki nəfəri vurub yerə yıxaraq qaçan britaniyalı turisti motosikletlə təqib ediblər.

Musavat.com xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Tabloidin məlumatına görə, hadisə Kutadan Sanur istiqamətində gedən yolda baş verib. 40 yaşlı Tomas Ceyms Simpson sərxoş halda avtomobil idarə edərkən velosipedlə hərəkətdə olan iki yerli sakini vurub və hadisə yerindən qaçıb. Ətrafdakılar hiddətlənərək motosikletlərlə onun arxasınca gediblər.

Videoda indoneziyalıların britaniyalı turisti təqib edərək, ona çatdıqları, Simpsonu maşından endirərək döydükləri görünür. Sonrakı kadrlar turistin yolun kənarında oturub başını tutduğunu göstərir. Qəza nəticəsində onun avtomobilinə ciddi ziyan dəyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR