İnsanlara hürriyət, millətlərə istiqlal!

Balasanyan və Babayan Bakının AGENTLƏRİ olub? İrəvanda ÇAXNAŞMA - CANLI

1331 27.10.2023 16:04 Son xəbər A A

Qarabağ məsələsinə görə çox təəssüflənirəm, mən sülh tərəfdarıyam. Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın baş prokurorunun keçmiş müavini, sabiq hərbi prokuror general Qagik Cangiryan deyib.

“İndi fərqli nəsil yetişib. Onların ataları, babaları döyüşüb, bu gün də nəvələr döyüşür. Qonşularımızla münaqişənin əsrlər boyu davam etməsini istəyirsiniz? Bir yerdə dayanmaq lazımdır. Qonşularla barışmağın vaxtıdır”, - Cangiryan bildirib.

“Hraparak” nəşrinin iddiasına görə, Ermənistana gələn şəxslər Azərbaycanın agentidir və Bakı ilə danışıqlar sayəsində canlarını qurtara biliblər. Xüsusən Balasanyan və Samvel Babayan qeyd olunur.

Ermənistan-Rusiya münasibətləri getdikcə gərginləşəcək və bu səbəbdən Ermənistana qaz nəqli dayandırılacaq. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir yerli politoloq Ara Poqosyan tərəfindən səslənib.

"İndi diqqət yetirin: hazırkı iqtidar əsas (gələcək) qaz tədarükçüsü kimi İranı deyil, Azərbaycanı seçəcək. Davam edən proses buna, yəni “Artsax fiaskosu”nun səhnələşdirilməsinə, Ermənistan-Rusiya münasibətləriin pozulması oyununa gətirib çıxarılmalı idi. “Dünyanın kəsişməsi” adlanan yer yeni və qanlı müharibənin başlanğıcı olacaq”, – deyə Poqosyan Facebook səhifəsində yazıb

Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmir. Normal iş prosesi gedir. Tərəfdaşların bir-birinə sualları var, biz onları aydınlaşdırırıq. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

Ona Paşinyanın Rusiya hərbi bazalarının Ermənistan ərazisində olmasının heç bir üstünlüklərinin olmadığı barədə bəyanatı xatırladılıb və bunun Ermənistanın xarici siyasət vektorunu dəyişmək cəhdlərinə dəlalət etmədiyini soruşublar. XİN nümayəndəsi qısaca dedi: “Xeyr, həmin bəyanat bu mənanı vermir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın İrəvan razılaşacağı təqdirdə Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etməyə hazır olduğu barədə bəyanatına toxunan Kostanyan vurğulayıb: “Ermənistan razı olsa, təbii ki, bu barədə sizə məlumat veriləcək”.

TV Musavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Azad Vətən Partiyasının sədri Akif Nağı cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR