İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya meydan oxuyan Vardanyan bu tarixdə qandallanacaq - separatçıların mitinq fiaskosu

2144 13.05.2023 09:09 Gündəm A A

“Rusiya desantı”nın budəfəki mitinqi sönük keçdi, amma yenə hürüb “silahlı müqavimət hərəkatı”ndan dəm vurdu - 2 rəy

Mayın 9-da “Şeytan yuvası” Xankəndidə Bakıya qarşı növbəti təxribatçı mitinqi keçirilib, amma iflas... Əvvəlkilərlə müqayisədə xeyli sönük keçən “tədbiri” yenə oliqarx-dələduz, “Rusiya desantı” Ruben Vardanyanın təşkil eləməsi diqqət çəkib. Əsas aparıcı da özü olub.

Təbii ki, 5-10 ermənin meydana toplaşmasında yenə onun çirkli pulları həlledici rol oynayıb. Hərçənd qeyd edildiyi kimi, bu dəfə mitinq iştirakçı baxımdan azsaylı olub, yoxsa ermənilər onu əməllicə təbliğ edərdilər. Sözsüz ki, Laçının girişində nəzarət postu qoymağımız da belə bir sönük yekunu labüd edib. Vardanyan Ermənistandan Qarabağa erməni daşıya bilməyib!  

Ancaq ən başlıcası, “Kreml iti”nin Bakının təkidi ilə “istefa” verəndən sonra hələ də Qarabağda sülənməsi, erməni icmasının Azərbaycana reinteqrasiya olunmasına var gücü ilə əngəl yaratması və Azərbaycan dövlətinə az qala hər gün meydan oxumasıdır. Mayın 9-da o, yenə Bakı tərəfə hürüb, hətta sırtıqcasına “silahlı müqavimət hərəkatı”ndan dəm vurub.

“Hraparak” erməni nəşrinin yazdığına görə, guya 9 may mitinqi “qarabağlıların Vardanyana etimadını nümayiş etdirib”.

Qəzet həmçinin yazıb: “Artsax və Ermənistanın bəzi dairələri Stepanakertin (Xankəndi - red.) mərkəzi meydanında keçirilən mitinqi sərt qarşılayıblar. Mitinqdə Artsaxın indiki və keçmiş ”prezidentləri" - Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan da iştirak ediblər. Mitinq Ruben Vardanyana etimadı nümayiş etdirdi və Artsaxda tam hakimiyyətə sahib olduğunu iddia edən “dövlət naziri” Qurgen Nersisyan, keçmiş “müdafiə naziri” Samvel Babayan və Nikol Paşinyana qarşı idi. Ermənistan hakimiyyəti isə Artsaxda Vardanyan ətrafında müqavimət mərkəzinin formalaşmasından narahatdır".

Qarabağda hansı “müqavimət hərəkatı”ndan söhbət gedə bilər? Təbii ki, “vurulmuşlardan” olan Vardanyanın Azərbaycan əleyhinə təxribatçı və avantürist hərəkətlərini arxayın davam etdirməsində əlindəki maliyyə imkanları da az rol oynamır. Bəs nə etməli, bu çaqqalı qandallayıb Bakıya necə və nə vaxt gətirməli? Laçın postundan onun keçmə ehtimalı varmı?

DataLife Engine > Yazdırılabilir versiyon > Qarabağda nə baş verir -  politoloqdan mühüm açıqlama

Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, Vardanyan hazırda tutduğu mövqenin onu nə qədər məhvə apardığını yaxşı başa düşür. Onun fikrincə, Ruben Rusiya dövlətinə arxalanıb addımlar atırdı, bu gün isə Kremlin mövqeyi beynəlxalq aləmdə mənfi istiqamətdə düşür.

“BMT-də müzakirələr zamanı Hindistan, Çin, Qazaxıstan belə Rusiyanı işğalçı adlandıran qətnaməyə səs verdilər. Bu da onu göstərir ki, Vardanyan və onun kimilər gələcək taleyindən narahatdırlar. Ona görə indidən çıxış yolları axtarır, müxtəlif addımlar atırlar. Həmin yoldan birini də mitinqlərdə görürlər. Separatçılara elə gəlir ki, keçirilən mitinqlər hansısa təzyiq mexanizmi ola bilər. Onlar aqibətlərini qorumaq üçün divident əldə etmək istəyirlər”, - deyə politoloq qeyd etdi.

Onun hesablamalarına görə, vəziyyət ondan ibarətdir ki, Laçında nəzarət postu yerləşdirildikdən sonra separatçılar, o cümlədən Vardanyan çıxılmaz duruma düşüb: “Artıq məlumdur ki, Azərbaycan qanuni tədbirlər görəcək. Sadəcə, söhbət vaxt məsələsindən gedir. Bakı bunu nə zaman həyata keçirəcək, bax bu sualın cavabı beynəlxalq aləmdə danışıqların nəticələrindən asılı olacaq. Çünki Vaşinqton və Brüssel müzakirələrində Ermənistana Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı təzyiqlər edilir. Odur ki, Azərbaycan separatçılarla bağlı praktiki addımları uyğun zamana saxlayıb. Yəni birmənalı olaraq onların hamısı, eləcə də Vardanyan vaxtında qaçmasalar, məsuliyyətə cəlb ediləcəklər. Artıq o, Rusiya vətəndaşı da deyil, bu baxımdan onun barəsində hüquqi tədbirlər görülməsi üçün kifayət qədər imkanlar var”.

Türkiyə Suriyada geniş hərbi əməliyyatlara başlayacaqmı – politoloq şərh  edir - 21.02.2020, Sputnik Azərbaycan

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova təəssüf edir ki, Qərb Ukraynada separatizmi məhv etmək üçün dəstək verdiyi halda, adekvat münasibəti Azərbaycana göstərmir. Onun sözlərinə görə, Abxaziya və Cənubi Osetiyada, Donbasda, Dnetstryanı ərazilərdə olduğu kimi, Qarabağın yuxarı hissəsində də separatizmi yaradan, eləcə də indiyə qədər dəstəkləyən Rusiyadır, ABŞ da bunu yaxşı bilir: “Lakin Qarabağdakı oyuncaq administrasiyanı darmadağın etmək üçün bizə dəstək vermirlər. Bu da işimizi əngəlləyir. Əgər Avropa və ABŞ erməni separatizminin aradan qaldırılmasında yanımızda olsaydı, Rusiyanın müdafiə etdiyi Vardanyan və digərləri çoxdan qaçmışdılar. Fransa və ABŞ-ın Rusiya ilə yeganə ortaq məxrəci Qarabağ erməniləridir. Hər üç güc hesab edir ki, Qarabağın dağlıq ərazilərində status-kvo saxlanmalıdır. O səbəbdən Bakı münbit siyasi şərait gözləməkdədir. Necə ki 44 günlük əks-hücum əməliyyatları əlverişli geosiyasi vəziyyətdə başladı, eləcə də Vardayan və digər terrorçu qüvvələrin fiziki olaraq Qarabağda yox edilməsi reallaşacaq”.

Təhlilçinin müşahidələrinə görə, biz addım-addım irəliləyə bilirik. “Əvvəlcə Ruben qondarma rejimdə işini itirdi, sonra Laçın yolunda post qurduq, indi nə Araik, nə Ruben qaça bilər. Prezidentin dediyi kimi, ”nəyi və nə vaxt etməyi özüm bilirəm". Bu mənada Bakı fürsət gözləyir və vaxtı çatanda Rusiyanın Qarabağda separatizmi dəstəkləməyə taqəti qalmayacaq, onda Araik və Rubeni iti qovan kimi çıxaracağıq. Sadəcə, buna qədər Qərb bizə yardım etməlidir. Əfsus ki, biz bu dəstəyi görə bilmirik", - deyə ekspert əlavə etdi.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR