İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bakının bu qəsəbələrində yeni məktəb tikilir"- Nazir açıqladı

848 04.05.2022 13:20 Təhsil A A

 

"Bakı şəhəri ətrafında problemimiz daha çox şagird sıxlığı ilə bağlıdır".

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, hazırda  Bakı ətrafı qəsəbələrdə yeni məktəblərin tikintisi prosesi gedir: "Hazırda Saray qəsəbəsində böyük məktəbin inşası bitmək üzrədir. Binə qəsəbəsində həm Təhsil Nazirliyi, həm də Heydər Əliyev fondunun layihələri istiqamətində hesab edirəm ki, bu problemi əsaslı şəkildə həll edə bilmişik.

Həmçinin, Xırdalan şəhərində şagird sıxlığı ilə bağlı problemimiz ciddidir. Bu istiqamətdə orada yeni 2000 nəfərlik məktəbin tikilməsi davam edir, əlavə olaraq başqa məktəbin layihələndirilməsi işlərinə başlanılıb. Bu il Binəqədi rayonunda da yeni məktəbin istifadəyə verilməsi planlaşdırılır. Şagird sıxlığı ilə bağlı problem məktəblərin təmiri ilə müqayisədə daha ciddidir".

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR