İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda "Zaporojets" qəzaya düşüb, sürücü ölüb

503 26.08.2022 12:03 Hadisə A A

Bakıda avtomobillər toqquşub, ölən var.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə avqustun 25-də saat 11 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Səlimov Anar Qənbər oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə həmin istiqamətdə hərəkətdə olan zaman geriyə dönmə manevri edən Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Manafov Muradalı Əli oğlunun idarə etdiyi "Zaporojets" markalı avtomobili toqquşub. Nəticədə Muradlı Manafov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq aldığı xəsarətlərdən həmin xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR