İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yol polisini avtomobil vurub

829 29.09.2022 11:33 Hadisə A A


Bakıda yol hərəkətini tənzimləyən polis əməkdaşını avtomobil vurub.

"Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, "Kukla" teatrının yanında qeydə alınıb.

Belə ki, polis serjantı Ağamalıyev Ramin Rasim oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır: "Yaralı polis serjantı hospitala yerləşdirilib və nəzarətə götürülüb".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR