İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN: sakinlər təxliyə olundu

2091 14.07.2024 15:31 Hadisə A A

Bakıda yaşayış binasında yanğın olub.

Musavat.com bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 m² sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR