İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda uşaqlara işgəncə verilən mərkəzin rəhbəri saxlanıldı -TƏFƏRRÜAT+ FOTO/VİDEO

5176 03.09.2022 14:06 Hadisə A A

“Mehnur” Reabilitasiya Mərkəzi ilə bağlı bir sıra faktlar ortaya çıxıb.

Qaynarinfo sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, “Mehnur” Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir. 

Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub.

Məşhurlar açılış mərasimində iştirak edib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanallarında çıxışlar da edib.

Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir.

Məlumata görə hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb.

13:15

“Hazırda polis əməkdaşları mərkəzdə araşdırma aparır. Mərkəzin bir neçə əməkdaşı dindirilmə üçün Nizami Rayon Polis İdarəsinə aparılıb”.

Bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib.

“Hazırda mərkəzə giriş dayandırılıb, nə uşaqlar, nə də valideynlər içəri buraxılır. Bildirilir ki, uşaqlara işgəncə verən mərkəzin Aytac adlı əməkdaşı olub. Məlum video yayılandan sonra isə bu gün səhər saatlarında bir qrup valideyn mərkəzə gəlib. Valideynlərlə mərkəz əməkdaşları arasında qarşıdurma baş verib”, - deyə o qeyd edib.

12:40

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı yeni görüntülər üzə çıxıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda mərkəzin üç əməkdaşının azyaşlıya qarşı zorakılıq etməsi müşahidə olunur.

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq”, - deyə qurumdan bildirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Araşdırmalar davam etdirilir.

 

***

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun "Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb:

"Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR