İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda üç nəfərin öldüyü dəhşətli qəzadan görüntülər - ANBAAN VİDEO

1417 27.04.2023 17:41 Son xəbər A A

Baş Dövlət Yol Polisi İdarəsi aprelin 23-ü saat 22:30-da Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın görüntülərini yayıb.

“Qafqazinfo” xəbər verir ki, videoda hadisə zamanı Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman" markalı yük avtomobilinin yol-hərəkəti qaydalarını kobudcasına pozması və dönmə manevrini həyata keçirərkən 34 yaşlı Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili vurması əks olunub.

Qeyd edək ki, nəticədə minik maşınında olan sərnişinlər - 60 yaşlı Kərimova Pərvanə Xanlar qızı və 63 yaşlı Xələfova Təranə Xanlar qızı və sürücü Famil Məhərrəmov aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Digər sərnişin 4 yaşlı Məhərrəmli Vaqif Famil oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR