İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda şadlıq evində dava: Bıçaqlanan var

1036 27.04.2023 11:42 Hadisə A A

Ötən gecə saat 23 radələrində Binəqədi rayonunda yerləşən "White Palace" şadlıq evində keçirilən məclis zamanı dava-dalaş olub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü S.P. 2005-ci il təvəllüdlü H.X-ya döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.P saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.

Hadisə zaman hər iki şəxsin spirtli içkinin təsiri altında olması bildirilir.

Hazırda Binəqədi RPİ-də araşdırma aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR