İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qəlibçi 9-cu mərtəbədən yıxılaraq ölüb

554 19.08.2022 11:00 Hadisə A A

Avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Musavat.com-a prokurorluqdan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR