İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qardaş Türkiyəyə yardım üçün izdiham YAŞANDI - FOTOLAR, VİDEO

2382 07.02.2023 18:27 Gündəm A A

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan vətəndaşları Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım toplayır.

Musavat.com xəbər verir ki, yardımlar Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında toplanılır.

Yardımlar əsasən, qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, generator, təmizlik alətləri və s.-dən ibarətdir.

Qeyd edək ki,  mağazanın anbarı yardım qutuları ilə dolduğundan qablaşdırma “Doğtaş” ilə üzbəüz körpünün altında aparılır.

Qısa müddət ərzində insanlar çağırış ünvanına axın edirlər. Hazırda axşam saatları olmasına baxmayaraq ərazidəki izdiham hələ də davam edir. Məlumata görə, artıq bir neçə yük maşını yola salınıb. 

Məlumat üçün onu da qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, zəlzələlərdən zərər çəkmiş vətəndaşlara yardım etmək istəyən şəxslər Ziraat bankın Azərbaycandakı filiallarından komisyon haqqı tutulmadan fəlakət və fövqəladə halların idarə olunması başqanlığına (AFAD) ianə edə bilərlər.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR