İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qadından ŞOK ADDIM - Sevgilisinin maşınının şüşələrini SINDIRDI

1080 04.07.2023 22:18 Hadisə A A

Bakıda qadın avtomobilin şüşələrini sındırıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, gecə saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində bir avtomobilə qəsdən zərər verilməsi barədə polisə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsində təhqiqat araşdırması başlanılıb.

Araşdırmalarla məlum olub ki, 40 yaşlı qadın 4 il əvvəl münasibətdə olduğu şəxsə məxsus olan "Mercedes" markalı avtomobilin ön və yan şüşəsini küt alətlə sındıraraq ehtiyat hissələrini yararsız hala salıb.

Hazırda hər iki şəxsin qarşılıqlı müraciətləri əsasında araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR