İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda nənəsini qətlə yetirən nəvə danışdı: "O, istəmirdi ki..."

1440 02.09.2022 20:08 Kriminal A A

Bakının Suraxanı rayonunda nənəsini qətlə yetirməkdə ittiham olunan Murad İmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. Murad İmanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Murad İmanov deyib ki, onun şəxsi problemləri olub. Evdə olan kondisioneri satmaq istəyib, amma nənəsi buna imkan verməyib: "İlk mübahisəmiz buna görə başladı. Kondisioner nənəmə məxsus olsa da, onu satmaqda israrlı idim".

Murad İmanov bildirib ki, nənəsini evdən çıxarmaq istəyib, onunla eyni evdə yaşamaq istəməyib. Onun sözlərinə görə, nənəsinin başqa evi də varmış: "Nənəmlə bir evdə yaşamaq xoş deyildi. Nənəm isə evdən çıxmaqdan boyun qaçırdı. Buna görə mübahisələrimiz yarandı".

Murad İmanov deyib ki, nənəsi ilə münaqişə zamanı onu bıçaqla vurub. O, törətdiyi əməlindən peşman olduğunu deyib.

Növbəti proses sentyabrın 9-da davam edəcək.

İttihama görə, bu il aprelin 11-də saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini, 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Murad İmanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR