İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda mikroavtobus kanala düşüb - FOTO

474 17.12.2023 11:54 Hadisə A A

Bakının Suraxanı rayonunda avtomobil kanala düşüb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb. Nazir Mansurovun idarə etdiyi "Ford Tranzit" markalı mikroavtobus şəhər istiqamətində hərəkət edərkən kanala düşüb. Sürücü xəsarət almayıb və nəqliyyat vasitəsində tək olub. Avtomobil kanaldan çıxarılaraq ərazidən kənarlaşdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR