İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıb - qadının gözü çıxıb

2445 16.09.2022 11:33 Kriminal A A

Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıb.

Musavat.com-un Report-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Qurban adlı şəxs Maştağa qəsəbəsində evinə qonaq getdiyi Özbəkistan vətəndaşı olan qadınla mübahisə edib. Nəticədə qadınla kişi bir-birinə bıçaq zərbələri endiriblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Qadının ayaq, qarın, boyun və üz nahiyəsində bıçaq zərbələri aşkarlanıb. Bıçaq zərbələrindən biri qadının göz nahiyəsinə dəyib və onun gözü çıxıb.

Digər, 55 yaşlı kişi isə əl və üz nahiyəsindən bıçaq yaraları alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR