İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “İkinci Arvad” şirkətinin izi ilə - Nə iş görəcək?

2544 15.03.2022 17:05 Gündəm A A

Azərbaycanda xarici ölkə vətəndaşı tərəfindən qeyri-adi ada malik şirkət təsis edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyest məlumatlarında bildirilib ki, ötən ilin avqustunda “İkinci Arvad” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adlı kommersiya qurumu yaradılıb.

Kiçik sahibkarlıq qurumu olan bu şirkət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, mənzil 34-də qeydiyyatdadır.

Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi isə Muhammad Azeem Sarvar (Sarwar) adlı şəxsdir. Şəxsin adından onun Pakistanlı olduğunu təxmin etmək olar.

de0cc136-df7d-4bd7-9f7e-3c4f22bee6f9.jpg (169 KB)

Musavat.com-un əmədaşları da Azərbaycanın xəbər məkanında diqqət çəkən bu xəbərin izinə düşdü.

Mövzunu dəqiqləşdirmək üçün bəhsi keçən ünvana yollandıq. Ünvana çatdıqda isə görünən mənzərə fərqli oldu. Qeyd olunan ünvanda nəinki şirkət, şirkətə aid heç bir məlumat yox idi. Ətrafdakı sakinlərdən aldığımız məlumata görə isə bu ünvanda elə bir şirkətin varlığını bilməsələr də binadakı mənzillərin pakistanlı tərəfindən xarici qonaqlara gündəlik kiraladığını bildirdilər.

a5504cfe-2a88-4d8e-9d60-0538102784e2.jpg (160 KB)

Dilarə Əliyevə 235 ünvanında yerləşən binanın komendantı da adıçəkilən mənzildə əvvəllər pakistanlı qonaqların kirayədə qaldığını bildirdi. Hətta onların qardaşlıq nümunəsi kimi bizim bayrağımızla yanaşı öz bayraqlarını da bir müddət eyvanlarında, maşınlarının üzərində dalğalandırdıqlarını qeyd etdi. Hazırda isə onlar haqqında hər hansısa bir məlumatın olmadığını bildirirdi.

Ətraf obyektlərdə olan bəzi vətəndaşlar isə burada mənzillərin gündəlik kirayə mənzil adı altında başqa məqsədlərə xidmət edildiyini vurğulanıb. Vətəndaşların sözlərinə görə, müəyyən saatlarda yalnız xarici vətandaşlar bu ünvana gəlirlər.

39ab4239-aa19-491f-950e-5da8c05d29ef.jpg (173 KB)

Həmin binanın sakinlərinin sözlərinə görə, doğurdan da burada əvvəllər pakistan vətəndaşlarının kirayə qaldığını bildirdilər.

Son nəticə isə budur ki, bəhs edilən ünvanda “İkinci Arvad” adlı heç bir qurum fəaliyyət göstərmir.

Qeyd edək ki, həmin şirkətlə əlaqə saxlamağa çalışsaq da, şirkətə aid heç bir əlaqə vasitəsi tapa bilmədik.

Anar Əhməd, Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR