İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda iki piyadanı avtomobil vurub

856 11.09.2022 02:15 Kriminal A A

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Teymurov Şahkamal Zöhrab oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Digər hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Hasilov Kamran Eldəniz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının açıq yerdəyişən sınığı diaqnozu qoyulub.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR