İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda hərbçi vəfat etdi - FOTO

1292 11.12.2023 15:34 Son xəbər A A
 
Birinci Qarabağ müharibəsinin veteranı, Bakı şəhər 67 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər oğlu Əhmədov qəfil dünyasını dəyişib.
 
Musavat.com publika.az-a istinadən xəbər verir ki, 55 yaşlı müəllim dekabrın 9-da saat 23 radələrində qəflətən vəfat edib.
 
Qeyd edək ki, O.Əhmədov 1991-2002-ci illərdə Ordu sıralarında xidmət edib.
 
O, Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında Kəlbəcər-Ağdərə, Murovdağ, Füzuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak edib.
2002-ci ildə tərxis olunub. 2004-cü ildən 67 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbər vəzifəsində işləməyə başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR