İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda güclü yanğın: Avtomobillər zərər gördü - VİDEO

955 28.06.2022 19:28 Hadisə A A

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərində çoxmərtəbəli binaya bitişik yarımtikilidə baş verən yanğınla bağlı açıqlama verib. 

FHN-dən Oxu.Az-a bildirilib ki, yanğın nəticəsində 19 mərtəbəli yaşayış binasının ərazisində 10 kvadratmetr sahə yanıb:

“Eyni zamanda, sahədə məişət tullantıları, yaxınlıqda sahəsi 20 kvadratmetr olan vinil materialdan ibarət reklam lövhəsi, BMW və “Hyundai” markalı minik avtomobillərinin ön hissələri yanıb. Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər nəqliyyat vasitələri və bina yanğından mühafizə olunub. Yanğın qısa zamanda söndürülüb”.

***

Bakı şəhərində çoxmərtəbəli binaya bitişik yarımtikilidə güclü yanğın başlayıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə Mehdi Mehdizadə küçəsində qeydə alınıb. 

Yanğının səbəbləri məlum deyil. 

Həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR