İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda evin önünə “cadulu kukla” qoydu: polis axtarır – VİDEO

872 29.08.2022 15:00 Hadisə A A

Bakıda bir qadının evin önünə üzərində müxtəlif dəyişikliklər edilmiş kukla qoyması həyəcana səbəb olub.

Musavat.com-un məlumatına görə, bu barədə Axar.az-a evin sahibi Kamran Bağırov məlumat verib.

Onun sözlərinə görə, ev Nəsimi rayonu, Məsud Davudoğlu küçəsində (“Nəsimi” metrostansiyasının arxasında) yerləşir:

“Tanımadığımız qadın evimizin önünə kukla qoyub. Kuklanın qolları kəsilib, ayağı əyilib, kəsilmiş qollarına karandaş yeridilib, boynuna zəncir keçirilib, saçları arxadan düyünlənib. Qadının bütün hərəkəti müşahidə kameralarına düşüb”.

K.Bağırov bildirib ki, tanımadığı qadın evlərinin önündən keçərək, mağazaya girib, daha sonra isə ordan çıxıb və kuklanı evin önünə qoyaraq, ordan uzaqlaşıb.

Ev sahibi kuklaya “əməl-cadu” edilməsindən çox narahatdır. Onun sözlərinə görə, kamera görüntülərinə qonşular da baxıb və qadını tanıyan olmayıb. Onun fikrincə, qadın “kuryerdir”, bu işin arxasında isə başqa adam dayanır.

K.Bağırov artıq 7 saylı Polis Bölməsinə şikayət edib və araşdırmalar başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR