İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ərini bıçaqlayan qadının məhkəməsi başlayır

445 11.07.2022 21:30 Kriminal A A

Bakıda ərini bıçaqlamaqda təqsirləndirilən Şəfiqə Babaşovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə bu ilin fevralında paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Qəsəbə sakini, 45 yaşlı Şəfiqə Babaşova aralarında yaranmış münaqişə zəminində əri, 48 yaşlı Gəncalı Babaşovu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan kişi xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Şəfiqə Babaşova saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR