İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda DƏHŞƏT: yanğında azyaşlı əkiz bacılar öldü, 5 yaralı var

2685 29.06.2022 11:00 Hadisə A A

Bakıda evdə yanğın zamanı azyaşlı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. Yanğın zamanı azyaşlı dünyasını dəyişib, bundan başqa 5 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerində cəlb olunub və yanğın söndürülüb.

***

APA xəbər verir ki, Kürdəxanı qəsəbəsində baş verən yanğında əkiz bacılar - 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Hadisə zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Qafar Abbasov yanıq xəsarətləri alıb.

TƏBİB-dən bildirilib ki, yanğın zamanı zərər çəkmiş şəxslər saat 08:10 radələrdində ağır yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə daxil olub. Vətəndaşlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri ağır olaraq qiymətləndirilir.

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.

Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR