İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda DƏHŞƏT: 35 yaşlı qadın kikboks məşqçisi olan ərini qətlə yetirdi

1848 02.09.2022 14:05 Kriminal A A

Bakıda 35 yaşlı qadın ərini qətlə yetirib.

Xətai rayon prokurorluğundan Musavat.com-a verilən məlumata görə, hadisə bu gün saat 12 radələrində baş verib. Bildirilib ki, 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb. Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

"Qafqazinfo"nun xəbərinə görə, 35 yaşlı Əfsanə Qalabəyli həyat yoldaşı, 1974-cü il təvəllüdlü Nurani Qalabəylini ailə münaqişəsi səbəbindən qətlə yetirməsi məlum olub.

Bildirilir ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, “Sərhədçi” idman kompleksində çalışırmış.

Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.

Qonşuların bildirdiyinə görə, Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə vaxtı N.Qalabəyli qan içində evi tərk etməyə çalışsa da, buna nail ola bilməyib. Qətldən sonra ağır psixoloji durumda olan qadın qışqıraraq ətrafa qaçmağa başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR