İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO

938 09.10.2023 13:04 Son xəbər A A

Bakıda daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Agentliyin Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Nərimanov Tibb Mərkəzi” publik hüquqi şəxsin 2 nömrəli poliklinika şöbəsində yerləşən rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR