İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda daha bir binanın lifti qırıldı, xəsarət alanlar var – DETALLAR + VİDEO

1468 13.07.2024 10:50 Hadisə A A

Çoxmərtəbəli binanın lifti qırıldı, iki nəfər xəstəxanalıq oldu.

Xezerxeber.az xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən bu binanın birinci blokundakı liftə baş verib.

Hətta liftə qarşılaşdığımız sakin bildirdi ki, hadisədən əvvəl o da eyni liftlə aşağı düşüb.

Hadisə baş verdikdən sonra həmin iki nəfər liftə qalıb. Dərhal faktla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Əraziyə təcili yardım gəlib. Xəsarət alan 35 və 45 yaşlı iki kişi liftdən sağ çıxarılıb və xəstəxanaya çatdırılıb.

Bina təxminən 12 il bundan əvvəl ''Lalə'' MTK tərəfindən inşa edilib. Binanın mühafizəçisi bildirdi ki, onların liftlərində tez-tez nasazlıq baş verməyib.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı TƏBİB də açıqlama yayıb. Bildirilir ki, 35 yaşlı şəxsə qapalı kəllə-beyin travması, 45 yaşlı şəxsə isə sol budun və topuğun travması diaqnozu qoyulub. Onlar sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR