İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda çoxmərtəbəli binada əməliyyat: FHN işçiləri alpinistlik etdilər - VİDEO

599 14.12.2023 12:02 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında bir azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qapının kilidlənməsi nəticəsində 17 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə tək qalan körpənin - 2020-ci il təvəllüdlü M.Abbasovun köməyə ehtiyacı yaranıb.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzilə pəncərədən daxil olub və azyaşlını yaxınlarına təhvil veriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR