İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda azyaşlıdan ailəsinin lüt şəkillərini alan oğlan binanın damında ona təcavüz etdi

2711 12.07.2024 02:47 Hadisə A A

Bakıda 1996-cı il təvəllüdlü Şirvan Abbasov yetkinlik yaşına çatmayan Aqil Məmmədliyə (adlar şərti göstərilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Demokrat.az-ın məlumatına görə, Şirvan 2023-cü ilin aprel ayının ortalarında 2010-cu il təvəllüdlü Aqil ilə elan saytlarından birində tanış olub.

O, Aqilin "iPhone" markalı mobil telefonu satmaq adı ilə ilkin ödəniş kimi 74 manat pul alıb, mobil telefonu və ya aldığı ilkin ödənişi geri qaytaracağına inandırıb.

Daha sonra Şirvan 2023-cü ilin may ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən tarixdə Aqili yaşadığı Abşeron rayonun, Atyalı qəsəbəsində yerləşən marketin yaxınlığından öz motosikleti ilə götürüb və yaşadığı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən yaşayış binasının damına aparıb.

Orada Aqili qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur edib. Aqil etiraz etdikdə onu rüsvay edəcəyini bildirib və köməksiz vəziyyətdə olmasından istifadə edərək zor tətbiq etmə hədəsi ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Hadisəni törədən Şirvanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O qeyd edib ki, elan saytında tərəfindən 250 manat müqabilində mobil telefon satışa qoyulub:

"Telefonu satacağım zərərçəkmiş Aqil dayısının yoldaşının şəklini, şəxsiyyət vəsiqəsini mənə ataraq qadın olduğunu bildirdi. Mobil telefonun alınması üçün Aqil tərəfindən ilkin ödəniş təqdim edildi. Qalan pul vəsaitinin hissə-hissə ödənilə biləcəyi barədə aramızda razılıq əldə edildi. Pulun tam hissəsinin ödənilməsindən sonra telefonu Aqilə verməyi nəzərdə tutdum. Aqil telefonun pulunu mənə iki gün ərzində verəcəyini bildirdi. Telefona görə ilkin ödənişi ona görə əldə etdim ki, Aqili dayısının arvadının şəxsiyyət vəsiqəsini göndərmişdi. Lakin Aqilin dayısının arvadının adını bilməmişəm. Onun yaşının 30-dan çox olduğunu güman etmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin saytdan başqa "WhatsApp" mobil tətbiqi vasitəsilə də Aqillə danışıb:

"Aqil ödənişi gecikdirdiyinə görə ondan şübhələnməyə başladım. Sonradan mənimlə danışan şəxsin oğlan olduğunu bildim. Aqilin oğlan olduğunu bildikdən sonra ondan valideynlərinin olub-olmamasını soruşdum. Aqil ilk dəfə məktəbin yanında mənə 20 dollar pul verərkən görmüşəm. Aqil mənim yaşadığım evdə olmayıb. 20 dollar verib getdikdən sonra Aqil telefon vasitəsilə danışıqlar zamanı mənə 30 manat, 60 manat müqabilində görüşməyi təklif etsə də, onunla razılaşmamışam".

Şirvan vurğulayıb ki, Aqilin başqa şəxslər tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması barədə onun anasına bildirib:

"Aqilin anası mənim nömrəmi uşaqla yazışarkən görərək mənə yazmağa başlayıb. Aqilin anası məni polisə şikayət etdi. Könüllü olaraq Polis Bölməsinə getdim. Aqillə mənim heç bir yaxın münasibətim olmayıb".

İş üzrə zərərçəkmiş Aqilin sözlərinə görə, elan saytında mobil telefon axtararkən Şirvanın sayta yerləşdirdiyi telefon qarşısına çıxıb:

"Telefonla bağlı Aqilə mesaj yazdım. Şirvan ilkin olaraq 40 manat verməyimi, daha sonra məbləğin qalan hissəsini ödəməyimi bildirdi. Şirvan bir müddət sonra mənə pulu gecikdirdiyimə görə əlavə pul verməli olduğumu bildirdi. Bundan sonra Şirvanla məktəbin yanında görüşərək ona 20 dollar məbləğində pul verdim. Şirvanla bir müddət "WhatsApp"da yazışmağa başladıq. Aqillə görüşdükdən sonra məndən kiminlə qaldığımı soruşdu. Mən də ailəm barədə ona məlumat verdim".

Zərərçəkmiş qeyd edib ki, Şirvanla mobil telefonla bağlı danışmaq üçün gedib və onların söhbət mövzusu yalnız mobil telefon olub:

"Pulunu ödədiyim təqdirdə mobil telefonun mənə verilməməsini gördüyümdən əslində bacım olmasa da, Şirvanı aldatmaq məqsədilə ona şəkil göndərdim, guya həmin şəxsin mənim bacım olduğunu bildirdim. Şirvan ya telefonun pulunun hamısını verməyimi, ya da ki, ailə üzvlərimin şəkillərini istədi. Mən dayımın yoldaşının şəklini Şirvana atdım. Lakin Şirvan məndən dayımın arvadının lüt şəkilinin göndərməyimi tələb etdi. Şirvanın ailə üzvlərimin şəkllərini istəməsi ilə bağlı mənə mütəmadi olaraq yazdığı mesajlar anam tərəfindən aşkar edildi".

Zərərçəkmiş qeyd edib ki, ibtidai istintaq zamanı həm aralarında həyata keçirilən üzləşmə, həm də dindirilməsi zamanı Şirvanın onunla cinsi əlaqədə olduğunu bildirsə də, Şirvan onunla cinsi əlaqədə olmayıb:

"Həmin ifadəmi verərkən yanımda psixoloq olsa da, anam olmayıb. Anamın otaqdan çıxmasını özüm müstəntiqdən xahiş etmişəm. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir tələb və şikayətim yoxdur".

İş üzrə zərərçəkmiş Aqilin qanuni nümayəndəsi olan anasının sözlərinə görə, oğlunun mobil telefonla mütəmadi olaraq danışdığını gördükdən bir gün sonra mobil telefonunu alaraq yoxlamağa başlayıb:

"Telefonda Şirvanın yazdığı mesajları gördüm. Həmin mesajlar Aqillə Şirvan arasında telefon alqı-satqısı barədə idi. Şirvan eyni zamanda Aqilə bacısının, anasının, dayısı arvadının şəkillərinin göndərilməsini xahiş edib. Oğlum Aqil mənə Şirvanla evin damına gedərək orada cinsi əlaqədə olduqlarını dedi. Hazırda isə məndən qorxduğu üçün Şirvanla cinsi əlaqədə olmadığını deyir".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Şirvan 15 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR