İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtomobil aşıb, dörd nəfər xəsarət alıb

491 26.04.2024 02:10 Hadisə A A

Bakının Sabunçu rayonunda avtomobil qəzası zamanı dörd nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində olub.

1996-ci il təvəllüdlü Salmanov Salman Hüseynağa oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və avtomobildə olan üç sərnişin xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, sürücü S.Salmanov və sərnişin Rzayev Əli Zaur oğlunun vəziyyəti ağır olduğundan onlar tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR