İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtobusun iştirakı ilə 6 avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO

817 26.10.2022 04:55 Hadisə A A

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Məmmədov Elmar Qəzənfər oğlu idarə etdiyi “Volga” markalı avtomobillə eyni istiqamətdə olan BakuBus MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Daha sonra E.Məmmədovun idarəetməsindən çıxan “Volga” hərəkətdə olan “Mazda”, “BMW” və hərəkətsiz dayanan “Ravon” markalı maşınlarına çırpılaraq dayanıb.

Zərbənin təsirindən “Ravon” qarşısında hərəkətsiz vəziyyətdə dayanan “KIA” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Volga”-nın sürücüsü E.Məmmədov və sərnişini xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR