İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtobuslarda cibgirlik edən daha bir şəxs saxlanılıb

427 22.05.2023 15:25 Kriminal A A

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan cüzdanlarını oğurlaması da müəyyən olunub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR