İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtobus xəttində şirkətin elektriki döyüldü - FOTOLAR

887 30.08.2022 17:12 Hadisə A A

“Vətən.AZ-Trans” MMC-nin istismarında olan 46 nömrəli avtobus xəttində elektrik kimi çalışan Elxan Sabirli iş yoldaşı tərəfindən döyülüb.

Musavat.com xəbər verir ki, o bu barədə Oxu.Az-ın redaksiyasına müraciət edib.

E.Sabirli bildirib ki, avtobus xəttinin qarajının kolon rəisi Şahin İbrahimov onu döyüb:

“Son üç-dörd gün ərzində mən həm öz yerimə, həm də digər işçinin yerinə gecə-gündüz işlədim. Şahin İbrahimov məni yenə də növbə əvəzləməsi üçün işdə saxlamaq istədi. Bildirdim ki, artıq yorulmuşam və işləyə bilmirəm. Məni döydü və bildirdi ki, hara istəyirəm, şikayət edə bilərəm”.

O qeyd edib ki, bir neçə il əvvəl də həmin şəxs tərəfindən döyülüb:

“Mən bu hadisəni anlaşılmazlıq kimi qəbul edib, ona keçmişdim”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş E.Sabirli çalışdığı avtomobil təmiri sexində iş yoldaşı Ş.İbrahimov tərəfindən döyülməsi ilə bağlı Xətai RPİ 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib:

“Müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

“Vətən.AZ-Trans” MMC-nin rəhbəri Babək Aslanov saytımıza açıqlamasında hadisədən xəbərsiz olduğunu və üç gündən sonra Bakıya qayıdacağını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR