İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda AĞIR QƏZA: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

1020 07.03.2026 21:31 Hadisə A A

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Musavat.com-un xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, mart ayının 7-də saat 06:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, metronun "Neftçilər" stansiyası yaxınlığından çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1994-cü il təvəllüdlü şəxs (kişi) sağ əlin travması diaqnozu ilə Sabunçu Tibbi Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR