İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 47 gün əvvəl qəzaya düşən şəxs öldü

437 25.08.2022 10:05 Hadisə A A

Bakıda 47 gün əvvəl qəzaya düşən şəxs ölüb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 9-da paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Miryusif Qasımovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil yolu keçən Güləhməd Gülməmmədovu vurub, daha sonra idarəetməni itirirək yol kənarında dayanan avtomobilə çırpılıb.

Nəticədə qəzada ağır xəsarət alan Güləhməd Gülməmmədov Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piyada ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR