İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 2 nəfərin yanaraq öldüyü qəzanın GÖRÜNTÜLƏRİ

983 13.05.2023 10:49 Hadisə A A

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə saat 01 radələrində Binə qəsəbəsindən keçən yoldakı körpünün altında baş verib. “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel” aşaraq alovlanıb. Nəticədə avtomobildə olan iki nəfər yanaraq ölüb.

“Nissan”ın sürücüsü isə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Əraziyə gələn FHN-in DYMX-nin yanğınsöndürmə briqadaları maşını söndürdükdən sonra yanaraq ölən şəxslərin meyiti aidiyyəti üzrə təhvil verib. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR