İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası arasında görüş keçirilib - FOTO

403 30.05.2024 09:38 Siyasət A A

Bakı Təşəbbüs Qrupunun (BTQ) qərargahında BTQ və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası ilə görüş keçirilib.

Görüş zamanı tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də müxtəlif sahələrdə praktik fəaliyyətin davam etdirilməsi yolları ətraflı müzakirə olunub.

Görüşdə 30.04.2024 tarixində BMT-nin Vyana ofisində keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans çərçivəsində tərəflər arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyəti bir daha vurğulanaraq, müstəmləkəçiliyə qarşı mübarizədə Azərbaycanın rolu yüksək qiymətləndirilib.

Fransız Polineziyası nümayəndə heyəti dekolonizasiya prosesində ölkələrinə verdiyi dəstəyə görə Azərbaycana bir daha minnətdarlıq ifadə edib.

BTQ-nin İcraçı direktoru Abbas Abbasov təmsil etdiyi qurumun bundan sonra da müstəmləkəçilikdən azad olmaq istəyən xalqların ədalətli mübarizəsinə dəstək verəcəyini bildirib./APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR