İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı razılıq verdi: Brüsseldə sülh sazişi imzalanacaq? – Kamran Həsənli gündəmi şərh edir

688 11.05.2023 15:44 Gündəm A A

Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Belçikanın Brüssel şəhərində görüş keçirəcəyi təsdiqlənib. Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda rəsmi Bakının Brüssel görüşünə razılıq verdiyi bildirilib.

"Azərbaycan tərəfi ötən il baş tutmamış və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib. Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil", - deyə XİN-in məlumatında qeyd olunub.

Bu və gündəmdəki bir çox xəbərlər bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla1 verilişində müzakirə ediləcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR