İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı növbəti "Formula-1" yarışlarına ev sahibliyinə BELƏ HAZIRLAŞIR FOTOLAR

586 10.05.2022 18:08 İdman A A

Azərbaycanda 10-12 iyun tarixlərində keçiriləcək “Formula 1” yarışlarına artıq 1 ay qalıb.

Musavat.com xəbər verir ki, 15 apreldən etibarən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkəmizdə keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafında tikinti-quraşdırma işlərinin görülməsinə start verib.

Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb, hazırda bütün yarış trekini əhatə edir. Həmin ərazinin bəzi yollarında olan aslaft örtükləri yarışa hazır vəziyyətə gətirilir. Yarış zamanı təhlükəsizliyi təmin etmək məqsədilə yol kənarına yerləşdirilən beton blokların quraşdırılması isə gecə saatlarında həyata keçirilir. Bakı küçələrində lövhələrə “F1 qayıdır. Trekə və tribunaya” sözləri yazılıb.

Xatırladaq ki, ötən il pandemiya səbəbindən yarış tamaşaçıların iştirakı olmadan keçirilmişdi. Builki yarış isə tamaşaçıların iştirakı ilə baş tutacağı üçün bulvar ərazisində tribunalar quraşdırılır.

Bundan əlavə, ötən ay Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektlərinin Tikintisi üzrə rəhbəri Tom Butçer mediaya açıqlamasında bildirib ki, yollar yarışın başlamasına bir neçə gün qalmış hazır vəziyyətə gətiriləcək.

Ləman Rüfətqızı,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR