İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı məktəblərinə hücumla bağlı təhdidlər saxta çıxdı: Tatarıstan...

1530 12.03.2024 09:36 Ölkə A A

Xəbər verdiyimiz kimiBakıda məktəbliləri təhdid edən qrup peyda olub. "Teleqram"da "Халифат Азeрбайджан" adlı qrupun paylaşımları valideynlər arasında təşviş yaradıb.

Musavat.com xəbər verir ki, araşdırma zamanı məlum olub ki, bu məlumatların Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Belə ki, yanvarın 7-də eyni məzmunlu saxta paylaşımlar Kazanda da yayılıb. “Tatar manyak” teleqram kanalının müəllifi yanvarın 9-da Kazanda terror aktı törətmək planlarından yazıb. 

"Tətildən sonra məktəblərdə qətliam törədəcəyi ilə bağlı anonim təhdidlərə görə valideynlərin övladlarını dərsə buraxmaqdan çəkindiyi barədə xəbərlər yayılıb. Şəhər rəhbərliyi vəziyyətə müdaxilə etməli olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, sabitliyi pozmaq və panika yaratmaq məqsədi ilə birdən-birə bir neçə rayon və şəhərdə belə saxta hesablar yaranıb. Kanal artıq mövcud deyil, məlumat təsdiqini tapmayıb. İlkin məlumatlara görə, kanalların müəllifləri hətta ölkədə deyillər", - deyə Kazan mediası yazıb.

Araşdırma zamanı məlum olub ki, eynilə bu gün yaradılmış saxta hesab vasitəsilə Kazanda tətbiq olunmuş mətndə məktəb nömrələri və ticarət mərkəzlərinin adı dəyişdirilərək, Azərbaycan seqmentinə ünvanlanıb. Bu isə onu deməyə əsas verir ki, müxtəlif cəmiyyətlərdə təşviş yaratmağa yönəlmiş saxta məlumatlarla bu dəfə azərbaycanlı valideynlər sınanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR