İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO

6325 06.05.2024 04:04 Son xəbər A A

Azərbaycan 100 birbaşa xarici investisiya yatırılan təyinat nöqtələri arasında üçüncü yeri tutub.

Xezerxeber.az-ın məlumatına görə, FDI Intelligence nəşrinin hazırladığı hesabata əsasən paytaxtımız Bakı şəhəri bu cəhətdən sürətlə inkişaf edən yerə çevrilib.

Birbaşa yatırılan xarici investisiya baxımından Bakını yalnız Almaniyanın Mannhaym və Rumıniyanın Krayova şəhərləri qabaqlayır. Müxtəlif ölkələrdə yerləşən 100 şəhərdən üçüncü olmağı bacaran Bakı bu baxımdan böyük göstəriciyə malik olub.

Hesabata əsasən 2023-cü ildə Bakıda son altı ilin ən yüksək xarici birbaşa investisiya layihələri qeydə alınıb. Bura daha çox logistik layihələr daxil olub. FDI Intelligence nəşri məlumat verir ki, Ələt Azad İqtisadi Zonasına xüsusi maraq müşahidə olunub.

Qeyd edək ki, 2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollar dəyərində birbaşa xarici investisiya layihələri elan edilib. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 4% çoxdur.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR