İnsanlara hürriyət, millətlərə istiqlal!

Bacı-qardaş əlbir olub görün hansı cinayəti törətdilər

1331 05.05.2022 12:00 Kriminal A A

Bakıda bacı və qardaş bank kartından pul oğurlayıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini olan qadın bank kartından 3000 manat pulunun çıxarılaraq oğurlanmasını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tehranə Qasımova və qardaşı, Şəki rayon sakini Teymur Davudov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR