İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılar Rusiya sülhməramlılarının keçid məntəqəsindən keçərək çadır qurmağa çalışırlar

1172 30.08.2023 00:23 Son xəbər A A

"Azərbaycanlılar Rusiya sülhməramlılarının keçid məntəqəsindən keçərək çadır qurmağa çalışırlar".

Musavat.com xəbər verir ki, bunu Əsgəranın keçmiş qondarma meri Alyoşa Qabrielyan qondarma “Artsax” ictimai radiosuna müsahibəsində deyib.

“İndi azərbaycanlılardan 200-400 metr aralıyıq. Biz “humanitar” yüklərin (qondarma) "Artsax"a daxil olmasının qarşısını almaq üçün buradayıq. Onların göndərdiyi köməyə ehtiyacımız yoxdur. Qoy, "Kaşatağ" dəhlizini (Laçın yolunu) açsınlar”, - deyə Qabrielyan bildirib.

Keçmiş qondarma mer hazırda Ağdam-Xankəndi yolunun hissəsində bir qrup bir qrup erməninin olduğunu bildirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR