İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı videoqrafın reklam çarxları qalib olub - FOTOLAR

1271 07.09.2022 22:41 Sosial A A

Azərbaycanlı videoqraf Royal İsmayılovun avtomobil reklam çarxları 2022-ci ildə dünyanın müxtəlif film festivallarında fərqli nominasiyalarda qalib olub.

Musavat.com xəbər verir ki, “Fire on Tire” reklam çarxı 29 may 2022-ci ildə Avropa Film Festivalında “Ən Yaxşı Reklam Çarxı” nominasiyasıda, 2 avqust 2022-ci ildə Los Angeles Film Avardsda “Ən Yaxşı Reklam Çarxı” nominasiyasında, 1 İyun 2022-ci ildə Anatolian Film Avardsda “Ən Yaxşı Tanıtım” nominasiyasında və “Shade of Wind” reklam çarxı 7 İyul 2022-ci ildə Festigious Los Angeles festivalının “Ən Yaxşı Tanıtım” nominasiyasında qalib olub. Adları qeyd olunan festivallardan başqa Royal İsmayılov 2022-ci ildə müxtəlif film festivallarının Fəxri iştirakçı, yarım-finalçı və əsas proqram iştirakçısı olub.

Royal İsmayılov 2016-cı ildən ABŞ-ın Kaliforniya ştatının Los Angeles şəhərində yaşayır və peşəkar avtomobil videoqrafı kimi fəaliyyət göstərir. 2019-cu ildən “The Pro Video” təşkilatını yaradaraq dünyanın bir çox qabaqcıl avtomobil sənayesində çalışan şirkətləri ilə əməkdaşlıq edir. Bunlar Ferrada Wheels, Rohana Wheels, LD97 Forged, Vossen Wheels, Pandam Rocket Banny (Yaponiya), Librety Walk (Yaponiya), Shirokiy, Army Tryx (Tayvan), Auto Addicted USA, LT Motors, 1016 Industries, Adro (Cənubi Koreya) şirkətləridir.

31870439-f3ca-48e1-af37-62d86643fe1f.jpg (78 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR