İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı tələbələr üçün təyyarə biletlərinə 50% endirim təklifi

1102 18.02.2023 11:27 Gündəm A A

Fazil Mustafa: “Təcili olaraq quru sərhədlərdən tələbələrin gəlib-getməsi təmin olunmalıdır...”

Türkiyədəki zəlzələdən sonra tələbələrin bilet baha olduğuna görə Azərbaycana geri qayıda bilməməsi məsələsi günlərdi ki, müzakirələrə səbəb olub.

“Tələbələr üçün bütün nəqliyyatlar üzrə gediş haqqında güzəştlər olmalıdır. Türkiyədə vəfat edən tələbənin biri, gediş haqqı baha olduğu üçün tətildə evə gələ bilməyib”.

700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır”- Təhsil  eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Bunu təhsil eksperti Adil Vəliyev bildirib.

Təhsil eksperti İlqar Orucov da məsələyə münasibət bildirib: “Türkiyədə vəfat edən tələbələrdən birinin anası deyir ki, oğlum tətilə gəlməli idi, bilet bahadır deyə gəlmədi. Tələbələr üçün təyyarə biletlərinə mütləq güzəştlər etmək lazımdır. Bu gənclər bizim gələcəyimizdir”, - deyə o əlavə edib.

İlqar Orucov: Prezidentin son Sərəncamı da əhalinin rifahına yönəlmiş  işlərin davamıdır - "İki sahil"

İlqar Orucov

Bəziləri də bildirib ki, SSRİ dönəmində tələbələr üçün təyyarə biletlərinin qiyməti 50 faiz güzəştlə olub, indi də bu tətbiq edilməldir.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan dörd azərbaycanlı tələbədən biri - Şahin Vəliyevin anası Esmira Hüseynova “Bizimləsən” verilişində deyib ki, oğlu ona hələ yanvar ayında zəlzələ olacağı barədə xəbərdarlıq aldıqlarını demişdi. O əlavə edib ki, tətil zamanı bilet baha olduğuna görə oğlu Azərbaycana gələ bilməyib. 

Rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir. Zəlzələ baş verən bölgədə - Qəhrəmanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə Azərbaycandan gedən 136 tələbə təhsil alır. Onlardan bir neçəsinin taleyi hələlik məlum deyil. Fevralın 10-da Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, avtobuslar vasitəsilə 209 tələbə Türkiyədən Azərbaycana gətirilib və təxliyə prosesi davam etməkdədir.

Bəs görəsən, tələbələr üçün hansı güzəştlər edilə bilər?

Fazil Mustafa - Bioqrafiya.com

Fazil Mustafa

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, Türkiyədə təhsil alan tələbələrimizlə bağlı aparılan müzakirələri əsaslı sayır: “Çünki dəfələrlə məsələ bizim tərəfimizdən gündəmə gətirilib ki, heç bir halda tələbəni köməksiz vəziyyətdə qoymaq olmaz. Quru sərhədlərini açmaq lazımdır. Bütün ölkə vətəndaşları sıxıntıda olsa da,  AZAl-ın imkanları genişlənməlidir ki, müəyyən dərəcədə komfort sistemini davam etdirsin. Onun borcu və başqa məsələlər, dövlətin büdcəsinə nə qədər zərər verdiyi də heç kimi narahat etmir. Amma vətəndaşlar üçün yumşaldıcı addımlar atılmalıdır. Quru sərhədlər bağlanıb, dəfələrlə qeyd edirik, xəstələr və tələbələr üçün bu açıq olmalıdır. Ya da buna bir güzəşt olmalıdır. Hansısa tələbə biletini göstərirsə, təhsil aldığı müəssisə barədə dəqiq məlumat verirsə, onun quru sərhəddən gəlib-getməsinə köməklik göstərmək lazımdır. Əks halda, bu, böyük bir problem yaradacaq. İndiyə qədər yaranan problemlərin çoxu bununla bağlıdır.

Tələbə vaxtında gəlib evinə yetişə bilmədi. Çünki bilet baha olduğuna görə onu almağa gücü çatmadı. Bunun hamısı laqeydliyin bir göstəricisidir. Məncə, bu istiqamətdə təcili tədbirlər görülməlidir. Quru sərhədlərdən tələbələrin gəlib-getməsi təmin olunmalıdır. Bu bilavasitə bizim təhsilimizin üz ağardan insanlarıdır, gələcəyimizdir, onların bu formada sıxıntıya salınması dövlətin özü üçün də yaxşı hal deyil. Hökumət bu istiqamətdə təcili tədbirlər görməlidir ki, belə hallar baş verməsin. Vətəndaşlar da sonradan dilə gətirib səbəb olaraq bunu göstərməsin".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR