İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı milyarder odla-su arasında: sanksiyalardan yayına biləcəkmi?

3332 15.03.2022 17:37 Gündəm A A

Ekspert: ““Lukoyl” sanksiyalarla üzləşərsə, Azərbaycandakı layihələrdə payını maliyyələşdirə bilməyəcək”

Rusiyaya qarşı sanksiyalar bu ölkənin böyük şirkətlərini və varlı insanlarını ciddi çətinliklər qarşısında qoyub. Onlardan bir çoxu birbaşa sanksiyaya məruz qalıb, digərləri isə dolayısı ilə bütün ölkəyə qarşı sanksiyaların mənfi təsirini hiss etməkdədir. Belə şirkətlərdən və Rusiya oliqarxlarından biri “Lukoyl” şirkəti və onun prezidenti Vahid Ələkbərovdur. Rusiyanın Ukraynaya hücumunun başlandığı ilk həftədə şirkətin qiymətli kağızları London birjasında 90 faizdən yuxarı dəyər itirdi. Nəticədə, Vahid Ələkbərov milyardlarla  dollar zərərə düşdü. Martın 3-dən isə London birjası Rusiya mənşəli şirkətlərin qiymətli kağızları ilə əməliyyatları dayandırdı. Rusiyanın öz səhm birjaları Ukraynaya hücum başlanandan işin dayandırıb. 

Avropa və ABŞ arasında aparılan müzakirələrdən açıq hiss olunur ki, tezliklə Rusiyanın neft satışına ciddi məhdudiyyətlər tətbiq olunacaq. Bundan əvvəl isə Qərb ölkələri Rusiyaya neft-qaz hasilatı və emalı sənayesində istifadə oluna mal və materialların, yeni texnologiyaların ixracını qadağan ediblər. Bu isə “Lukoyl”un Afrikadan tutmuş, Azərbaycana qədər çoxsaylı layihələrinin icrasında ciddi fasilələrin yaranması ehtimalı formalaşdırır. 

Əsrin müqaviləsi" və Neftçilər Günü

Qeyd edək ki, “Lukoyl” Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur. 2021-ci ildə "Lukoyl" Azərbaycanın ən böyük qaz-kondensat yatağı olan "Şahdəniz"in işlənməsi layihəsindəki payını  “Petronas” şirkətinin hesabına 9,9 faiz artırmaqla 19,9 faizə çatdırıb. Bu, şirkətə 1,45 milyard dollara başa gəlib. Şirkət “Şahdəniz” qazını Avropa bazarına çatdıran Cənub Qaz Dəhlizi layihəsində də eyni həcmdə paya malikdir. 

“Lukoyl” yalnız “Şahdəniz”də payını artırmaqla kifayətlənmir. Şirkət 2021-ci ildə bp-nin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsində yerləşən kəşfiyyat layihəsindəki payının 25 faizini almaq barədə sövdələşmə imzalayıb.

Bundan əlavə, “Lukoyl”un Azərbaycanda 70-ə yaxın yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəsi fəaliyyət göstərir. 

Lukoyl” Azərbaycanda “Şahdəniz” layihəsində operator olmağa cəhd etməyəcək  | marja.az

Maraqlıdır ki, Rusiya mətbuatı “Lukoyl” prezidenti Vahid Ələkbərovu Ukrayna məsələsində dövlətin mənafeyinə uyğun olmayan mövqe tutmaqda ittiham edir. İttihamlara səbəb “Lukoyl”un saytında Ukraynada müharibəni dayandırmağa çağırışın yerləşdirilməsidir. Çağırış mətnində Ukraynadakı hərbi əməliyyatların dayandırılması və problemin sülh yolu ilə həll olunması istənilirdi: “ “Lukoyl”un direktorlar şurası Ukraynada davam edən faciəvi hadisələrdən narahatlığını və bu faciənin təsir etdiyi bütün şəxslərlə bağlı hüznünü bildirir. Biz hərbi konfliktin tezliklə dayandırılmasına dəvət edərək onun danışıqlar və diplomatiya yolu ilə həllinə tam dəstək veririrk”. 

Rusiyalı ekspertlər bu çağırışın “Lukoyl”u sanksiyalardan kənarda saxlamağa hesablandığını bildirirlər. Şirkət Niderlandda nəhəng neft emalı zavodunun 45 faizinə, İtaliyada, Bolqarıstanda və Rumıniyada ayrıca neftayırma zavodlarına sahibdir. Belçika, Yunanıstan, İtaliya, Niderland, Finlandiya, Balkan yarımadası ölkələrində yanacaqdoldurma şəbəkələrinin 40 faizi də “Lukoyl”a məxsusdur. Ümumilikdə, Avropanın mühərrik yağları bazarının 25 faizə yaxını şirkətdədir. Finlandiyada bu göstərici 25 faizə, Bolqarıstanda 24 faizə, Moldovada 20 faizə, Rumıniyada 17 faizə çatır. 

2020-ci ildə “Lukoyl”a məxsus və payçı olduğu zavodlarda neft emalının həcmi 18,5 milyon ton təşkil edib. Bu baxımdan, V.Ələkbərovun sanksiyalardan qorxmasına çox ciddi əsaslarının olduğunu söyləmək olar. 

Şahdəniz” layihəsində “LUKOYL” şirkətinin payı artıb - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Onu da qeyd edək ki, Rusiya hakimiyyəti neft-qaz sektorundan çıxan xarici şirkətlərin payını yerli şirkətlərə vermək niyyətindədir. Bununla bağlı yaxın günlərdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Surqut və Koqalıma gedəcəyi gözlənilir. Səfərdə məqsəd “Surqutneftqaz”ın rəhbəri Vladimir Boqdanov və V.Ələkbərovla görüşmək olduğu deyilir. Görüşlərdə şirkətlərin Avropadan ixracı qadağan olunan mal və materialların yerli istehsalla əvəzlənməsi üçün dövlət dəstəyinin təmin olunması məsələsinin müzakirə ediləcəyi deyilir. Lakin ehtimal olunur ki, hökumət şirkətlərin hesablarındakı vəsaitlərin dövlət üçün xərclənməsi planı qurur. İki şirkətin hesablarında 4 trilyon rubla yaxın vəsaitin olduğu bildirilir. Bundan əlavə, V.Ələkbərovdan Rusiyanı tərk etmiş “Shell” şirkətinin işlədiyi yataqlarda işləmək istəniləcəyi qeyd olunur. Lakin indiki halda – çox böyük vəsait itkilərinə məruz qalan “Lukoyl”un təklifi qəbul etsə belə, yataqlarda işləyə biləcəyi ciddi sual altındadır.

Azərbaycanda isə “Lukoyl”un yaxın vaxtlarda ölkəmizdə malik olduğu YDM-ləri satacağına dair məlumatlar yayılmaqdadır. Şirkətin yerli ofisindən bununla bağlı sualımız cavabsız buraxıldı. Şirkətin hazırkı vəziyyətdə “Şahdəniz” və CQD-dəki layihə öhdəliklərinə əməl etməsi imkanlarının nə qədər olacağı da ciddi sual altındadır. 

Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti  ortaya çıxıb - İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, “Lukoyl”un Azərbaycandakı layihələrdəki payını maliyyələşdirməkdə çətinlik çəkməsi gözləniləndir: “Şirkət artıq bir dəfə - 2014-cü ildə Qərbin sanksiyalarına məruz qalıb. Dərinsulu ərazilərdəki yataqlarda işləmək üçün texnologiyaları ala bilmədiyinə görə Xəzər dənizinin Rusiya sektorunun dərinsulu hissəsindəki layihələrini hələ də icra edə bilməyib. İndi də Rusiyanın ən böyük özəl vergi ödəyicisi – gəlir yeri olduğuna görə “Lukoyl”un birbaşa sanksiyaya məruz qalması ehtimalı böyükdür. Bu halda, aydın məsələdir ki, Azərbaycandakı layihələrdəki payını da maliyyələşdirə bilməyəcək”. 

Dünya,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR