İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Ermənistan qaz kəmərlərini bərpa edirlər? - İrəvan açıqladı

2558 09.02.2024 11:10 Siyasət A A

Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələlik müzakirə etməyiblər.

Bu barədə “Suputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.

“Məlumat veririk ki, Azərbaycan tərəfi ilə bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb”, - nazirlik qeyd edib.

“Bu ərazilərin bərpası xərclərinə gəlincə, bu da hələ müzakirə olunmayıb”, - nazirlik əlavə edib.

2023-cü ilin oktyabrında Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan bildirmişdi ki, siyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan qaz kəmərlərini bərpa etməyə hazırdır.

Nazirliyin bəyanatında qeyd olunur ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-birinə aşağıdakı magistral qaz kəmərləri vasitəsilə birləşdirilib:

Qazax-İrəvan, diametri 1000 mm, 6 km bərpa edilməlidir;

İliçevsk-İrəvan, diametri 700 mm, 22 km bərpa edilməlidir;

Gorus-Naxçıvan, diametri 700 mm, 16,5 km bərpa olunur.//Publika.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR