İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Bosniya və Herseqovina arasında hökumətlərarası birgə komissiya yaradılır

324 13.04.2023 17:29 Siyasət A A

Prezident İlham Əliyev Sarayevoda bildirib ki, Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, investisiyalar, nəqliyyat, turizm, mədəniyyət, elm, təhsil sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

Musavat.com xəbər verir ki, bu xüsusda iki ölkə arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən çıxış edərək hökumətlərarası birgə komissiyanın və müvafiq sahələr üzrə birgə əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılması qərara alınıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünyanın bir çox ölkələrində investisiya layihələri ilə çıxış edib və bu xüsusda Bosniya və Herseqovinada da müxtəlif investisiya layihələrində iştirak edə bilər.

Qeyd edək ki, aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR