İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qeyri-neft ixracının həcmi ikinci ildir ki, 40 faiz artıb RƏSMİ

570 25.04.2022 14:26 İqtisadiyyat A A

“Azərbaycanın qeyri-neft ixracının həcmi ikinci ildir ki, 40 faiz artıb”.

Oxu.Az xəbər verir ki, bunu ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, bu tempi hər zaman saxlaya bilməyəcəyik:

“Tamamilə aydındır ki, bu temp asanlıqla baş vermir. Bunun arxasında yeni yaradılan müəssisələr, yeni bazarlara çıxış, ölkə iqtisadiyyatında olan struktur problemləri, enerji daşıyıcılarına çıxışın, gömrük, vergi inzibatçılığının təkmilləşdirilməsi dayanır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR